Dərc edildi: Baxış sayı: 245
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçir
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işlərə davam edir, Türkiyə tərəfi də yaxın zamanlarda bu işlərə başlayacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsində deyib.
Nazir Ermənistan ərazisində Zəngəzur dəhlizi ilə bağlı müəyyən fəaliyyətlərin olduğunu qeyd edib:
“Ümid edirəm ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bu məsələləri qısa zamanda reallaşdıracağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət