Slimfit
  1. DÜNYA

Türkiyə yeni xəritəsini yayımladı

Türkiyə yeni xəritəsini yayımladı
Sakura

Türkiyə yeni xəritəsini yayımladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Liviya Milli hökumətinin Prezidenti Fayez əl-Sarac  arasında “Dəniz səlahiyyət sahələrinin məhdud edilməsinə dair anlaşma memorandumu”nun imzalanmasından bir neçə gün sonra yeni sərhədlərin xəritəsi yayımlanıb.

Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilir ki, Xarici İşlər Nazirliyinin İkili Siyasi məsələlər və Dənizçilik Aviasiya Sərhəd baş direktorun köməkçisi səfir Çağatay Erciyes Türkiyənin Şərqi Aralıq dənizində qitə şelfini və iqtisadi zonasını göstərən xəritəni sosial mediada paylaşıb.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində Dolmabaxça ofisində baş tutan görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma Memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə, iki ölkə dəniz sahəsində bir-birilərinin iqtisadi zonalarını tanıyacaqlar.

Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR