Slimfit
  1. TÜRKİYƏ

Türkiyə XİN ermənilərin Los-Ancelesdə səfirə hücumuna münasibət bildirib

Türkiyə XİN ermənilərin Los-Ancelesdə səfirə hücumuna münasibət bildirib
Sakura

Türkiyə XİN ermənilərin Los-Ancelesdə səfirə hücumuna münasibət bildirib

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi ermənilərin Los-Ancelesdə (ABŞ) Türkiyənin səfiri Murat Mercana hücum cəhdinə reaksiya verib.

Qurumdan bildirilir ki, hadisə Cənubi Kaliforniya Universitetində Annaberg Jurnalistika Məktəbi və Yunus Əmrə İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfrans zamanı baş verib. Tədbirə qatılan rəsmilər radikal erməni qrupları tərəfindən hədəfə alınıb, şifahi və fiziki təzyiqlərə məruz qalıblar.

“ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los-Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin böyüməsinin qarşısını alıb.

Ölkəmizi və Azərbaycanı, son zamanlar isə Ermənistan hökumətini və regionda sülh prosesini hədəf alan radikal diaspor qruplarının nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə fiziki hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq.

Bu hadisə ilə bir daha aydın oldu ki, tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsi və ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatlar radikallaşmaya, nifrət nitqinə və zorakılığa təkan verir”, - deyə bəyanatda vurğulanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR