Slimfit
  1. DÜNYA

Türkiyə XİN başçısı Yunanıstan prezidentinə cavab verdi

Türkiyə XİN başçısı Yunanıstan prezidentinə cavab verdi
Sakura

Türkiyə XİN başçısı Yunanıstan prezidentinə cavab verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Qərbi Trakiyaya ziyarəti əsnasında işlətdiyi “müsəlman yunan azlığı” ifadəsinə münasibət bildirib.

Report” xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb. 

“Demokratiyanın beşiyi olduğu deyilən bir ölkənin prezidenti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, müsəlman türk azlığına yenə yunan müsəlman azlığı deyib. Siz nə desəniz də deyin, Qərbi Trakiyadakı türk azlığı yüz illərdir türkdür, türk də qalacaq!”, - M.Çavuşoğlu vurğulayıb. 

Xatırladaq ki, Yunanıstan prezidenti fevralın 16-da Qərbi Trakiyaya səfəri zamanı çıxışında Lozanna müqaviləsinə istinad edərək bölgədəki türk azlığının, sadəcə, dini azlıq olduğunu, İstanbuldakı pravoslav yunanların isə milli azlıq olduğunu iddia etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR