Slimfit
  1. AZƏRBAYCAN

Türkiyə XİN başçısı Makronu terrorizmə dəstək verməkdə ittiham edib

Türkiyə XİN başçısı Makronu terrorizmə dəstək verməkdə ittiham edib
Sakura

Türkiyə XİN başçısı Makronu terrorizmə dəstək verməkdə ittiham edib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun “Barış bulağı” hərəkatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə XİN başçısı Fransa Prezidentini terrorizmə dəstək verməkdə ittiham edib.

“Biz terror təşkilatına qarşı mübarizə aparırıq. O, terror təşkilatının hamisidir. Əgər mənim müttəfiqim terror təşkilatıdır deyirsə, ona verəcək cavabımız var. Makron unutmasın ki, Türkiyə NATO-nun müttəfiqidir. Makron belə çıxışlarla Avropanın lideri ola bilməz. Avropada bir boşluq var deyib, mən liderim olum deyə çabalayır. Liderlik təbiidir”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti E. Makron NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatı barədə danışıb. O qeyd edib ki, təhlükəsizliklə bağlı müəyyən qayğıları olan Türkiyə çox sayda terror hücumlarına məruz qalıb. Fransa Prezidenti əlavə edib ki, bununla belə, Türkiyə İŞİD-ə qarşı koalisiya üçün təhdid yaradan hərbi əməliyyat aparıb, birlik və dəstək gözləyə bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR