Slimfit
  1. AZƏRBAYCAN

Türkiyə XİN Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə bəyanat yayıb

Türkiyə XİN Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə bəyanat yayıb
Sakura

Türkiyə XİN Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə bəyanat yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik bəyanatı yayıb.

Report”un məlumatına görə, bəyanatda bildirilir ki, qardaş ölkə olan Azərbaycan müstəqilliyini ilk dəfə 1918-ci ildə elan etməsindən dərhal sonra Osmanlı imperiyasından kömək istəyib və Nuri Paşanın (Killigil) komandanlığı ilə Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun köməyi ilə Bakı işğalçılardan təmizlənib: "Bu gün Bakının azad olunmasının 100 illiyi qeyd olunur. Bakının azad olunması o dövrdə paytaxtın Gəncədən Bakıya köçürülməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin yolunu açıb və Azərbaycanın bugünkü sərhədlərinin müəyyən edilməsinin təməlini qoyub. I Dünya müharibəsinin son aylarında seçmə əsgərlərdən ibarət Qafqaz İslam Ordusunun qazandığı bu böyük zəfərin ildönümü, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin simvolu olaraq müstəsna əhəmiyyətə malikdir”.

Bəyanatda qeyd olunub ki, Bakının işğaldan azad olunmasının 100-cü ildönümü vacib əhəmiyyətə malikdir. Bu münasibətlə sentyabrən 15-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi tədbir keçiriləcək: “Tədbirdə Türk Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə çıxış edəcəklər. Bütün Azərbaycan xalqını Bakının işğaldan azad olması münasibəti ilə bir daha təbrik edir, bu uğurda həyatlarını fəda edən 1132 şəhidimiz ilə birlikdə vətənləri uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət, ehtiram və rəhmətlə yad edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR