Türkiyə və Rusiyanın S-400-lə bağlı fikir ayrılığı yaranıb
Rusiyadan Türkiyəyə "Triumf" S-400 zenit-raket kompleksinin növbəti tədarükü, texnologiyanın ötürülməsi məsələsində tərəflər arasındakı fikir ayrılığına görə təxirə salına bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Defense News" Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin baş katibi İsmayıl Demirin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, texniki işlər davam edir: “Gələn il üçün bir cədvəl planlaşdırırıq. Birinci partiyadan fərqli olaraq, ortaq istehsal və texnologiya ötürülməsi var. Bu, ilk sistem “tez alaq və quraşdıraq” məsələsindən kənara çıxır”.
Ekspertlər istisna etmir ki, S-400 raketlərinin növbəti tədarükünün təxirə salınması, Ankara və Vaşinqton arasındakı əlaqələrin yumşaldılması məqsədi ilə əvvəlcədən planlaşdırıla bilər. Çünki Amerika NATO üzvlərindən heç birində Rusiyanın hərbi texnikasını görmək istəmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət