Dərc edildi: Baxış sayı: 379
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olacaq
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bu gün axşam yerli vaxtla saat 20:00-da baş tutacaq telefon danışığında Türkiyə və Fransa prezidentləri ikitərəfli əlaqələr, regional məsələlər barədə müzakirələr aparacaqlar.
Eyni zamanda, Türkiyə və Fransa liderləri son zamanlar iki ölkə arasında baş verən gərginliyi aradan qaldırmaq üçün də danışıqlar aparacaqlar
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət