Slimfit
  1. DÜNYA

Türkiyə və ABŞ Suriyadakı son vəziyyəti müzakirə ediblər

Türkiyə və ABŞ Suriyadakı son vəziyyəti müzakirə ediblər
Sakura

Türkiyə və ABŞ Suriyadakı son vəziyyəti müzakirə ediblər

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İstanbulda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın ölkədəki səfiri Devid Saterfild ilə görüşüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş İstanbulun Dolmabahçe rayonunda, mətbuata qapalı şəkildə keçirilib və bir saat yarım davam edib.

Görüşdə Suriyadakı son hadisələr və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də baş tutacaq ABŞ-a səfərinin detalları müzakirə edilib.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində Suriya Konstitusiya Komitəsinin işinin sürətlə başa çatmasının və Suriyada şəffaf, ədalətli və azad seçkilərin keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Bundan əlavə, görüşdə oktyabrın 17-də əldə edilən Suriyadakı təhlükəsizlik zonası ilə bağlı razılaşmaya aid ABŞ-la əməkdaşlığın genişləndirilməsinin zəruriliyi haqqında danışıllıb.

Türkiyə tərəfi görüşdə, İŞİD və PYD/YPG/PKK terror təşkilatları da daxil olmaqla, terrorla mübarizəyə sadiqliyini bir daha təsdiqləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR