Dərc edildi: Baxış sayı: 601
Türkiyə təxliyəyə davam edir: Daha bir təyyarə gəldi
Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiya həyata keçirən hərbiçilərinin təxliyəsi davam edir.
Axar.az xəbər verir ki, avqustun 27-də hərbçiləri daşıyan ikinci təyyarə Ankaranın Əsənboğa Beynəlxalq Hava Limanına enib. Bildirilir ki, Türkiyə sülhməramlıları hərbi təyyarə ilə əvvəlcə Kabildən İslamabada gəliblər. Pakistanın paytaxtından Ankaraya isə onları Türk Hava Yollarının təyyarəsi gətirib.
Xatırladaq ki, Türkiyə sülhməramlıların Əfqanıstandan təxliyəsinə avqustun 26-dan başlayıb. Onlar Kabil Hava Limanında təhlükəsizliyi təmin edirdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət