Türkiyənin “Haber Global” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin başçısı…
Belə ki, “Haber Global” Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artmasına diqqət çəkib.
Azərbaycanda valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb.
Enerji sahəsində nailiyyətlər vurğulanır, artıq həyata keçirilən böyük enerji layihələri qeyd edilir: Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (2006-cı il) və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri (2007-ci il).
Süjetdə ötən il “Əsrin müqavilıəsi”nin müddətinin 2050-ci ilədək uzadılmasını xatırladılır (1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” müqaviləsi imzalanıb).
Telekanal 2017-ci il oktyabrın 30-da açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu misal gətirərək, beynəlxalq nəqliyyat arteriyaları haqqında danışır.
“Azərkosmos” ASC-nin açılışı (2010-cu il) və Azərbaycan tərəfindən üç peykin buraxılmasına diqqət yetirilir: 2013-cü ildə orbitə ilk Azərbaycan telekommunikasiya peyki olan “Azerspace-1”, 2014-cü ildə “Azersky”, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki olan “Azerspace-2” buraxılıb.
Süjetdə qeyd edilir ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri planetin 50 ən güclü ordusu sırasına daxil olub.
2016 və 2018-ci illərdə Azərbaycan ordusu Ermənistan tərəfindən cəbhə xəttində növbəti hərbi təxribatla üzləşdi, əks-hücuma keçdi və torpaqlarının bir hissəsini işğaldan azad etdi.
“Haber Global” qeyd edib ki, 15 il ərzində Ermənistan işğalçı kimi tanınıb, beynəlxalq təşkilatlar isə işğal
Azərbaycanın beynəlxalq nüfuzu artır. Belə ki, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Süjetdə qeyd edilib ki, Odlar yurdu göstərilən müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib, bunlara misal kimi “Eurovision” (2012-ci il), tarixdə ilk Avropa oyunları (2015-ci il), IV İslam Həmrəyliyi oyunlarını (2017-ci il) göstərmək olar.
2016-cı ildən Bakıda hər il “Formula-1” yarışları təşkil edilir, 2020-ci ildə isə Azərbaycan paytaxtında futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək.
Telekanal qeyd edib ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan və Türkiyə qardaşlığı daha da möhkəmlənib.
Süjetdə Azərbaycan prezidentinin həyat yoldaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin həyatında aktiv rolundan və İlham Əliyevin övladlarından – qızları Leyla, Arzu və oğlu Heydər Əliyevdən danışılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət