Slimfit
  1. DÜNYA

Türkiyə sərhədində gərginlik: Tehran PKK-ya göz yumur?

Türkiyə sərhədində gərginlik: Tehran PKK-ya göz yumur?
Sakura

Türkiyə sərhədində gərginlik: Tehran PKK-ya göz yumur?

Türkiyənin “Sülh çeşməsi” əməliyyatı çərçivəsində ABŞ-la əldə olunan razılıqdan sonra İranla sərhəd bölgəsində PKK hücumlarının sayı artıb.

Axar.az xəbər verir ki, İran torpaqlarından hücuma keçən terrorçular Van, İqdır və Ağrıda hücumlar təşkil edib. Hücumlar nəticəsində 1 əsgər şəhid olub, 7 əsgər isə yaralanıb.

Hücum edilən bölgələrin yaxınlığında İrana məxsus hərbi bazaların olması “İran öz ərazisindən PKK-çıların keçməsinə göz yumur” sualının ortaya çıxmasına səbəb olub.

Məsələyə münasibət bildirən Türkiyənin təhlükəsizlik mənbələri İranın bölgədəki bazalarının hücum təşkil olunan ərazilərə çox yaxın olduğunu qeyd ediblər. Belə ki, ekspertlərin fikrincə, İran tərəfinin gözündən yayınaraq terrorçuların ərazidən keçməsi və hücum etməsi demək olar ki, mümkünsüzdür.

Mütəxəssislər, həmçinin, hücumların Türkiyə ilə ABŞ arasında təhlükəsizlik bölgəsi ilə bağlı razılıq əldə olunmasından dərhal sonra başlamasını da diqqətçəkən məqam kimi qiymətləndirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR