Dərc edildi: Baxış sayı: 703
Türkiyə səfirliyindən Azərbaycandakı vətəndaşlarına müraciət
Türkiyənin Azərbaycandakı səfirliyi ölkələrinə qayıtmaq istəyən vətəndaşlarına müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında məlumat verilib:
"Bakıdan bu gecə 01:55-də TK-335 və sabah, aprelin 24-də 14:30-da havaya qalxacaq TK-333 təyyarələrinə bilet satışı Heydər Əliyev adına Hava Limanının köhnə terminalında həyata keçiriləcək.
Vətəndaşlarımızdan gömrük və bilet alma prosedurlarının uzun vaxt apara biləcəyini nəzərə alaraq, beş saat əvvəl hava limanına gəlmələri xahiş edilir”,- deyə səfirliyin məlumatında bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət