Dərc edildi: Baxış sayı: 416
Türkiyə, Rusiya və İran XİN başçılarının video-konfrans formatında görüşü keçiriləcək
Bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin video-konfrans formatında görüşü keçiriləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, görüş zamanı Suriyadakı vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, sonuncu dəfə 3 ölkənin XİN başçılarının Suriya böhranı ilə bağlı görüşü 2019-cu ilin dekabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət