Slimfit
  1. AZƏRBAYCAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nuru paşanın Gəncəyə gəlişindən danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nuru paşanın Gəncəyə gəlişindən danışıb
Sakura

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nuru paşanın Gəncəyə gəlişindən danışıb

Bakıda hərbi parada qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı açıqlama verib. R.T.Ərdoğan çıxışı zamanı 1918-ci ildə Gəncəlilərin Nuru Paşanı necə qarşılamasını, ‘Lalələr’ mahnısını türk ordusunun 1918-ci ilin sentyabrında Gəncədən Bakıya yürüyüşünün və şəhərin xilasının ifadə edildiyini bildirib.

'Dəyərli qardaşlarım, burada bir həqiqəti vurğulamaq istəyirəm. 1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik vəbərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik. Bundan bir əsr əvvəl qardaşlarımızın işğal altında çəkdiyi zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını belə ifadə etmişdilər:

Qatar gəlib yan verir,

Gəncəliyə şan verir.

Gəncənin cavanları,

“Bakı!” deyə can verir.

Azərbaycanın məşhur “Lalələr” mahnısının kədərli hekayəsi də eyni şəkildə çəkilən əzabların və Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc hissinin ifadəsidir.

Gəncə bölgəsinə hərəkət edən minlərlə əsgər başlarındakı qırmızı fəsləri və qotazları ilə uzaqdan gəlincik çəmənzarına bənzər bir mənzərə yaradırdılar. Gəlincik Azərbaycan dilində lalə deməkdir. Bəstəkar Telman Hacıyevin lalə ilə bağlı mahnısında şair hisslərini bu cür ifadə edib:

Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

Meylim üzündəki qara xaldadir,

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır aşiqin gözü yoldadır,

Bir qonaq gələsiz bizə lalələr.

Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişi azərbaycanlı qardaşlarımız arasında belə böyük həyəcana, belə böyük bir ümidə səbəb olub": Rəcəb Tayyib Ərdoğan.

Mənbə:Genceninsesi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR