Dərc edildi: Baxış sayı: 330
Türkiyə PA nümayəndəsi: "Ümid edirik ki, Ərdoğanla Putin "Taxıl sazişi" ilə bağlı razılığa gələcəklər"
"Ümid edirik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin “Taxıl sazişi”nin bərpası ilə bağlı razılığa gələcəklər".
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç “A Haber”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya sazişdən çıxandan sonra dünyada taxılın qiyməti artıb: “Düşünürük ki, sazişin bərpası töhfə olar. Odur ki, “Taxıl sazişi”nin bərpası üçün səylərimizi davam etdiririk. Bütün dünya da bizə dəstək verir”.
Qeyd edək ki, Ərdoğanla Putin iyulun 4-də Soçidə görüşəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət