Slimfit
  1. SİYASƏT

Türkiyə nümunəsi: Qarabağda “Lazım gəldi” əməliyyatı...

Türkiyə nümunəsi: Qarabağda “Lazım gəldi” əməliyyatı...
Sakura

Türkiyə nümunəsi: Qarabağda “Lazım gəldi” əməliyyatı...

Azərbaycanın Qarabağda işgalı sonlandırmaq üçün “Lazım gəldi” (şərti olaraq) hərbi əməliyyatını keçirməzdən əvvəl Türkiyənin “Sülh çeşməsi” əməliyyatının xüsusilə siyasi-diplomatik şərtlər baxımından diqqətli şəkildə təhlil edilməsi çox faydalı bir nümunə ola bilər.

Axar.az xəbər verir ki, bunu QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O, bununla mümkün ola biləcək Qarabağ savaşının nəticələrinin təxmini hesablana biləcəyini bildirib:

“İctimai elmlərdə laboratoriya mühiti yaradaraq prosesləri əvvəldən görmək olmur, ancaq bəzən tarixdə və ya fərqli yerlərdə baş verən hadisələri nümunə kimi qəbul edib, öz problemlərinizlə bağlı atacağınız addımların nəticələrini müəyyən qədər proqnozlaşdırmaq olar. Bu mənada Azərbaycanın da Qarabağda işgalı qurtarmaq üçün “Lazım gəldi” hərbi əməliyyatını keçirməzdən öncə Türkiyənin “Sülh çeşməsi” əməliyyatını diqqətli şəkildə təhlil edilməsi faydalı ola bilər. Bu mənada YPG-nin yerinə Qarabağdakı separatçıları, Əsəd rejiminin yerinə Ermənistan rəhbərliyini, ABŞ-ın yerinə Rusiyanı qoymaq və s. kimi bənzətmələrlə “Lazım gəldi” əməliyyatının mümkün nəticələrini təhlil etmək olar”.

Politoloq deyib ki, Qarabağda keçiriləcək əməliyyata da daxili və beynəlxalq reaksiyanın təxminən eyni formada təzahür edəcəyini hesablamaq mümkündür:

“Mövzunu daha da mürəkkəbləşdirməmək üçün digər aktyor bənzətmələrini detallı etmirəm. Bundan əlavə, bu təhlili Dördgünlük savaşdan çıxardığımız dərslərlə də zənginləşdirmək zəruridir”.

Politoloq “Lazım gəldi” əməliyyatındakı bənzətmədə Rusiyanın ABŞ-la müqayisəsi məsələsinə də diqqət çəkib:

“Bu yanaşmaya ən mühüm etiraz “Rusiya ABŞ deyil” formasında ola bilər. Diqqətli baxsaq, kateqorik olaraq Yaxın Şərqdə ABŞ-ın hərəkət tərzi ilə Rusiyanın Cənubi Qafqazdakı hərəkət tərzi arasında həm mahiyət, həm metod, həm də vasitələr baxımından çoxlu bənzərliklər var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR