Türkiyə MN: “Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət çalışmaları Azərbaycan və Rusiya ilə birlikdə davam edir”
Türkiyə və Rusiya arasında əldə olunan Dağlıq Qarabağda atəşkəsə nəzarət anlaşması və əməkdaşlığın Ağdamda fəaliyyətə başlaması üçün çalışmalar Azərbaycan və Rusiyanın koordinasiyasında davam etməkdədir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı qüvvələri dəstəyini davam etdirəcək:
“Azərbaycan Ordusuna dəstək üçün 135 nəfərdən ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir.
Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 qrup və 64 nəfər isə təlim-tədrisə dəstək verir.
Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət