Slimfit
  1. HƏRB

Türkiyə milli pilotsuz uçuş aparatını təqdim edəcək

Türkiyə milli pilotsuz uçuş aparatını təqdim edəcək
Sakura

Türkiyə milli pilotsuz uçuş aparatını təqdim edəcək

Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyəti ANKA pilotsuz uçuş aparatı (PUA) layihəsini tamamlayıb. 

Bu barədə Haberturk.com məlumat yayıb.

ANKA-nın son sınaqları həyata keçirilir və aparat martda Türkiyədə təqdim ediləcək. 

Aparat kəşfiyyat, müşahidə və döyüş vəzifələrini həyata keçirəcək. 750 kiloqramdan artıq yük daşıya bilən PUA 6100-7600 metr məsafəni qət edə və 24 saat havada qala bilir. 

ANKA pilotsuz uçuş aparatı Türkiyənin milli imkanları hesabına hazırladığı “PD 170” tipli iki motorla təchiz edilib. 

Elektro-optik və geniş müşahidə kameraları, rabitə kəşfiyyat sensorları kimi yükləri müxtəlif kombinasiyaları daşımaq imkanlarına sahib olan aparat TÜRKSAT peyki üzərindən nəzarət vasitəsilə genişmiqyaslı əməliyyatlarda istifadə ediləcək.

 
Mənbə: Oxu.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR