Slimfit
  1. DÜNYA

Türkiyə məşhur bazanı bağlayacağı ilə hədələdi

Türkiyə məşhur bazanı bağlayacağı ilə hədələdi
Sakura

Türkiyə məşhur bazanı bağlayacağı ilə hədələdi

Vaşinqton Rusiyadan hava hücumundan müdafiə sistemi S-400-ləri aldığına görə Ankaraya qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə cavab addımı atacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “A Haber” televiziyasına açıqlamasında söyləyib.

“ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edərsə, İncirlik və Kürəcik bazaları üzrə məsələlər gündəmə gələ bilər”, - deyə nazir bildirib.

Bundan əlavə, Çavuşoğlu ABŞ-ın F-35 təyyarələrinin təchızatından imtina edəcəyi təqdirdə rus qırıcılarının alternativ olaraq nəzərdən keçiriləcəyini qeyd edib:

“ABŞ bütün təkliflərimizdən imtina edir. Əgər təklifimiz müsbət qarşılansa, biz də müvafiq cavab verəcəyik. Lakin biz F-35-ləri ala bilməsək, alternativ axtaracağıq ki, bu zaman diqqətimiz Rusiya və ya digər bazarlara yönələ bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR