Dərc edildi: Baxış sayı: 417
Türkiyə klubu 18 gün əvvəl anlaşdığı baş məşqçi ilə vidalaşıb
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının cinah oyunçusu Ozan Can Kökçünün formasını geyindiyi Türkiyənin “Giresunspor” klubu baş məşqçi Ümit Özatla yollarını ayırıb.
“Report” Giresun təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu olan Özatın “Giresunspor” karyerası 18 gün sürüb.
O, qısa müddətdə komandanı I liqada 3 oyuna çıxarıb və 2 xal qazanıb.
Qeyd edək ki, “Giresunspor” 21 xalla 13-cü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət