Dərc edildi: Baxış sayı: 506
Türkiyə Kiyev və Moskvanın bu addımını təqdir etdi
Ukrayna və Rusiya arasındakı məhbusların mübadilə prosesini Türkiyə məmnuniyyətlə qarşılayıb.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy qeyd edib. O, tərəfləri konstruktiv yanaşmalarına görə təbrik edib:
"Bu məsələdə əməyi keçən başda Ukrayna və Rusiya liderləri olmaqla, hər kəsi təbrik edirəm. Türkiyə ərazi bütövlüyünün qorunması və bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində Ukraynanın gördüyü işlərə dəstək verməyə davam edəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət