Dərc edildi: Baxış sayı: 277
Türkiyə kəşfiyyatı daha bir PKK liderini zərərsizləşdirdi
Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının məsul şəxslərindən biri “Cesur Vedat” kod adlı Abdulmutalip Doğrucini Süleymaniyyədə zərərsizləşdirib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, MİT Abdulmutalip Doğrucinin Süleymaniyədə narkotik ticarəti fəaliyyətlərinin təşkili və nəzarəti üçün PKK terror təşkilatı tərəfindən xüsusi olaraq təyin edildiyini müəyyən edib və həyata keçirdiyi əməliyyatla terrorçunu Süleymaniyyə çölündə zərərsizləşdirib.
Terrorçunun daha əvvəl İstanbulda “narkotik ticarəti və soyğunçuluq” maddəsi ilə mühakimə edildiyi, 2017-ci ildən sonra isə İraqa keçərək orada fəaliyyətini davam etdirdiyi müəyyən olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət