Slimfit
  1. TÜRKİYƏ

Türkiyə kəndinin müəllimi 710 mln. dollarlıq biznes qurdu

Türkiyə kəndinin müəllimi 710 mln. dollarlıq biznes qurdu
Sakura

Türkiyə kəndinin müəllimi 710 mln. dollarlıq biznes qurdu

Dəyəri $710 milyon olan Udemy şirkətinin qurucusu Türkiyə kəndlərinin birindən olan Eren Bali-nin uğur hekayəsi.

Onların kəndində cəmi bir müəllimi olan, bircə məktəb və yeddi nəfər müxtəlif yaş aralığında olan şagird olub. Buna baxmayaraq o hal-hazırda $710 milyon dollarlıq onlayn təhsil platformasının qurucusudur. Necə edib?

1. 2007-ci ildə Eren Bali Türkiyədə Udemy-nin ilk versiyasını buraxır. Lakin, layihə alınmır.

2. 2010-cu ildə Udemy layihəsinə dəstək olmaq üçün Erenə iki dostu da qoşulur. Bu dəfə onlar toparlanıb Silikon Vadisinə üz tuturlar.

3. 2010-cu ilin Fevral ayında Udemy-ni 50 dəfə pitch edir, hamısında da imtina cavabı alırlar.

4. Bu dəfə öz gücünə kurs marketplace-inin yaradılmasına qərar verirlər.

5. 2010-cu ilin May ayında Udemy işə başlayır. Lakin, layihənin nə kursları, nə də tələbələri olmur.

6. Layihə hazırlanma ərəfəsində olarkən, işlərə paralel instruktorlarla yazışıb, öz dərslərini Udemy-ə qoymaqlarını xahiş edirdilər.

Nəticə – sıfır. Heç kəs, boş platformaya dərs yerləşdirmək istəmirdi.

7. Kontent yoxsuzluğunu aradan qaldırmaq üçün iki maraqlı həll fikriləşdilər.

7.1. İnternetdə 100 ədəd ödənişsiz və azad istifadə oluna biləcək kursları taparaq, öz platformalarına əlavə edir və ABŞ-ın öndə gedən Universitet kursları olaraq qeyed edirlər.

7.2. “Startapa Vençur investisiyalarının cəlb edilməsi yolları” adlı öz kurslarını yaradırlar.

8. “ABŞ Universitetlərinin pulsuz kursları” ifadələrindən istifadə edərək Mashable və Techcrunch kimi media qiqanlarında Udemy-ni tanıtmağa başlayırlar.

8.1. Əlavə olaraq Upwork platformasından Fillipinli frilanserləri cəlb edərək, platformaya instruktor axtarışında istifadə edirlər.

Nəticə:

– İlk 10 min istifadəçi,
– Öz istehsalı olan kursu 30 min dollara satırlar,
– Öz uğurlu keyslərini yeni instruktorların cəlb edilməsi üçün istifadə edirlər. Motivasiya işləyir və nəticədə 1000 instruktor 2000-dən çox dərs yerləşdirir.

9. Udemy-nin uğurlu addımları investorların marağını cəlv edir və nəticədə 1 milyon USD yatırım alırlar.

10. Və beləliklə Udemy inkişaf edib, böyüməyə başlayıb…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR