Slimfit
  1. DÜNYA

Türkiyə İran neftinin idxalına dair ABŞ ilə danışıqlar aparır

Türkiyə İran neftinin idxalına dair ABŞ ilə danışıqlar aparır
Sakura

Türkiyə İran neftinin idxalına dair ABŞ ilə danışıqlar aparır

Türkiyənin TüPRAŞ (Türkiye Petrol Rafineleri Anonim Şirketi – Dövlət Neft Emalı Şirkəti) şirkəti ABŞ hökuməti ilə bu ölkənin İrana qarşı sanksiyalarının qüvvəyə minməsindən sonra İran neftinin idxalı ilə bağlı danışıqlar aparır.

Report” “Reuters”ə istinadən xəbər verir ki, enerji sahəsindəki mənbələrə görə, Türkiyə tərəfi əvvəlki sanksiyalar dövründəki kimi “ayda üç-dörd partiya İran nefti idxal etmək arzusundadır. Lakin ABŞ idxalı dayandırmalarını bildirsə, buna əməl etməli olacaqlar. Bu ayın əvvəlindən Türkiyə İrandan ümumi həcmi 3 milyon barel üç partiya neft idxal edib.

Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp Müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını açıqlamışdı. Həmin plan BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqqı tərəfindən tətbiq olunan sanksiyaların ləğv olunması müqabilində İranın nüvə proqramını təxirə salmasını nəzərdə tutan sövdələşmədir. Üstəlik. Prezident Tramp əvvəlki, o cümlədən enerji sahəsini əhatə edən sanksiyaları bərpa edəcəklərini bildirmişdi. Bu sanksiyaların bu il noyabrın 4-dən tətbiq olunacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR