Dərc edildi: Baxış sayı: 620
Türkiyə hökumətindən "korona" ilə bağlı - Qərar
20:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə koronavirus təhlükəsindən dolayı keçirilən 5 saatlıq toplantı sona çatıb.
Axar.az xəbər verir ki, prezident administrasiyasının sözçüsü İbrahim Qalın toplantıda verilən qərarlarla bağlı mediaya açıqlama verib.
Qalın ilk öncə bildirib ki, koronavirus təhlükəsindən dolayı 16 martdan etibarən Türkiyənin təhsil ocaqlarında 1 həftə tətil elan ediləcək.
Administrasiya rəsmisi kütləvi idman tədbirlərinin də azarkeşsiz keçiriləcəyini bildirib.
Qalın qəbul edilən qərarlar çərçivəsində Ərdoğanın xarici səfərlərini təxirə saldığını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət