Türkiyə bu şəhərdə ruslarla nüvə silahı hazırlayacaq - Sensasion iddia
Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasında nüvə silahı istehsal etməyi planlaşdırır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Kipr Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Storgos Andreas Pentaras çıxış edib.
Keçmiş kəşfiyyat şefinin iddiasına görə, “Akkuyu” layihəsində Türkiyə-Rusiya biznes əməkdaşlığının pərdəarxasında nüvə silahının istehsalı dayanır. Onun sözlərinə görə, “Akkuyu”da inşa ediləcək 4 reaktorun nüvə enerjisinin istehsalı ilə yaxından- uzaqdan əlaqəsi yoxdur.
“Bu 4 reaktordan nüvə silahı və bombasının istehsalı üçün istifadə ediləcək”, - Pentaras əlavə edib.
Qeyd edək ki, Türkiyənin enerjidə xaricdən asılılığını azaltmaq məqsədi ilə Mersin şəhərində inşa edilən “Akkuyu”da hər biri 1200 MVt gücündə olan 4 reaktor quraşdırılacaq. Hazırda Türkiyədə 56 min MVt elektrik enerjisi istehlak edir. Beləliklə, “Akkuyu” ölkənin elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək. Stansiyanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət