Slimfit
  1. DÜNYA

Türkiyə Böyük Millət Məclisinin yaradılmasından 100 il ötür

Türkiyə Böyük Millət Məclisinin yaradılmasından 100 il ötür
Sakura

Türkiyə Böyük Millət Məclisinin yaradılmasından 100 il ötür

1920-ci ilin bu günündə Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

Report” xəbər verir ki, 23 aprel 91 ildir ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Bayramla əlaqədar bu gün Türkiyə Böyük Millət Məclisi xüsusi gündəmlə toplanacaq. Bugünkü iclasda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Mithat Sancar və müşahidəçi olaraq İYİ Partiyanın sədri Meral Akşenerin iştirakı gözlənilir. 

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan toplantıya qatılmayacaq.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR