Slimfit
  1. DÜNYA

Türkiyə bankları Rusiya ilə işləməkdən imtina etdi

Türkiyə bankları Rusiya ilə işləməkdən imtina etdi
Sakura

Türkiyə bankları Rusiya ilə işləməkdən imtina etdi

Türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bu barədə “Kommersant” qəzeti maliyyə bazarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, türk bankları Rusiyanın demək olar ki, bütün kredit təşkilatları ilə əlaqələrini kəsib, həmçinin müqavilələri rəsmi bağlamadan ödənişlərin işlənməsini dayandırıb:

“Lakin Türkiyə bankları Rusiyadakı törəmə xarici banklar üçün istisna edib”.

Mənbə qeyd edib ki, vəziyyət ABŞ Prezidenti Baydenin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR