Slimfit
  1. AZƏRBAYCAN

Türkiyə Bakı Qəhvə və Çay Festivalında

Türkiyə Bakı Qəhvə və Çay Festivalında
Sakura

Türkiyə Bakı Qəhvə və Çay Festivalında

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyi Bakı Qəhvə və Çay Festivalında (Baku Coffee & Tea Festival) iştirak edir. Səfirliyin Mədəniyyət və Təbliğat Müşavirliyindən SİA-ya verilən məlumata görə, Nigar Rəfibəyli küçəsi 12/14 ünvanında yerləşən “Passage 1901”də təşkil olunan festivalda ziyarətçilərə Türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunacaq.

Səfirliyin Mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, Türkiyə tədbirdə iştirakı rəzmi xarakter daşıyır: “2019-cu il üçün müşavirliyin proqramında bu tədbirdə iştirak nəzərdə tutulmamışdı. Lakin dəyərli festival təşkilatçılarının Türkiyəni də bu tədbirdə görmək arzusu bizi iştiraka həvəsləndirdi”.

Türk qəhvəsi ilə bağlı bu il geniş təqdimat günləri və sərgilər planlaşdırdıqlarını deyən İrfan Çiftçi qeyd edib ki, Bakı Qəhvə və Çay Festivalında da qonaqlar Türk qəhvəsinin hazırlanma qaydası ilə tanış ola, ləziz təamların dadına baxa bilərlər.

Bir fincan Türk qəhvəsi içiləndə 40 il unudulmadığını deyən müşavir hər kəsi festivala dəvət edir.

Qeyd edək ki, Bakı Qəhvə və Çay Festivalı yanvarın 11-dən 13-dək davam edəcək.

Üçgünlük festival çərçivəsində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.

Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin (Specialty Coffee Association) dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək Dünya Barista Çempionatında (World Barista Championship) təmsil edəcək.

Həmçinin, festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.

Festival hər gün, saat 10:00-dan 17:00-dək ziyarətçiləri qəbul edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR