Dərc edildi: Baxış sayı: 392
Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahların dəyərini açıqladı
Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb.
Bu barədə Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyə İxracatçılar Assambleyasının (TİM) məlumatında deyilir ki, 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub.
Ümumilikdə, Türkiyə ötən il 2 milyard 35 milyon dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 17% çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət