Dərc edildi: Baxış sayı: 548
Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının müzakirə edəcəkləri məsələlər açıqlanıb
Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.
Görüş çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət