Slimfit
  1. İQTİSADİYYAT

Türkiyə Azərbaycan qazının idxalını 20,5% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 20,5% artırıb
Sakura

Türkiyə Azərbaycan qazının idxalını 20,5% artırıb

Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 729,24 kubmetrdən çox qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,54% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Ens.az xəbər verir ki, "APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvar-mart aylarında Azərbaycandan 2 264,23 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-martda bu ölkədən Türkiyəyə təxminən 3 711,84 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə  2 029,21 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvar-mart aylarında Türkiyənin qaz idxalı 15 191,17 mln. kubmetr təşkil edib. 

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR