Slimfit
  1. DÜNYA

Türkiyə alimindən xəbərdarlıq: “Ölkədə 7 maqnitudada zəlzələ olacaq”

Türkiyə alimindən xəbərdarlıq: “Ölkədə 7 maqnitudada zəlzələ olacaq”
Sakura

Türkiyə alimindən xəbərdarlıq: “Ölkədə 7 maqnitudada zəlzələ olacaq”

“Manisa şəhərinin Turqutlu rayonunda maksimum 7 maqnitudada, təxminən 35 saniyə davam edəcək zəlzələni proqnozlaşdırıram”.

Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan deyib.

O, zəlzələ zamanı çox dağıntının ola biləcəyini proqnozlaşdırır.

“Turqutluya baş çəkmək imkanım oldu. Bəyəndiyim və bəyənmədiyim tikililər var”, - alim qeyd edib.

Manisanın Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan zəlzələnin başvermə müddətinin uzanmasının dağıntıları da artırdığını bildirib. O, qeyd edib ki, təməlinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan binalar “intihar” evləridir və bunlar qısa zamanda müəyyən edilməlidir.

“Turqutluda evlərin dam örtüyü var, bu, yaxşı haldır. Dam olmalıdır. Mən şəhərdə bünövrəsinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan tikililər görmüşəm. Bunlar intihar evləridir, bu binaları qısa zamanda müəyyən etmək lazımdır. Zəlzələ nə qədər böyük olarsa, sarsıntı bir o qədər uzun sürər. Sarsıntının müddəti nə qədər uzun olarsa, dağıntı da bir o qədər çox olar”, - Övgün Ahmet Ercan əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR