Slimfit
  1. İQTİSADİYYAT

Türkiyə ABŞ qiymətli kağızlarının siyahısından çıxdı

Türkiyə ABŞ qiymətli kağızlarının siyahısından çıxdı
Sakura

Türkiyə ABŞ qiymətli kağızlarının siyahısından çıxdı

İyunda Türkiyə ABŞ dövlət borcuna yatırımlarını bir qədər də azaldaraq, nəticədə Amerika qiymətli kağızlarının ən böyük sahibləri siyahısından çıxıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sənədlərindəki məlumatlardan belə nəticəyə gəlinib.

Qeyd olunur ki, hesabat ayı ərzində Ankaranın ABŞ dövlət borcuna yatırdığı pullar 28,8 milyard dollaradək azalıb. Mayda bu göstərici 32,6 milyard dollar olub. Türkiyə hələ ötən ilin noyabrından başlayaraq ABŞ dövlət istiqrazlarına investisiya yatırımlarını azaltmağa başlayıb. Həmin vaxt investisiyaların ümumi həcmi 61,2 milyard dollar təşkil edib, yəni indikindən 2 dəfədən də çox olub. Onu da bildirək ki, Türkiyənin dövlət borcları xarici valyuta ilədir, lakin Ankara maliyyə aktivlərini getdikcə dəyərini itirən türk lirəsi ilə saxlayır.

Türkiyədən başqa Rusiya da müvafiq siyahını mayda tərk edib. Rusiyanın ABŞ dövlət istiqrazlarına yatırımları 48,7 milyarddan 14,9 milyard dollarək azaldılıb.

İyunun nəticələrinə görə isə Amerika qiymətli kağızlarının ən böyük sahibləri siyahısına Çin rəhbərlik edir. Onun ABŞ dövlət borcuna yatırımları 1,179 trilyon dollardır. Bu, may ayı ilə müqayisədə 0,4% azdır. Siyahıda ikinci yer Yaponiyaya məxsusdur – 1,03 trilyon dollar. Üçüncü dövlət isə 300,1 milyard dollar yatırımla Braziliyadır.

Leyla Elbrusqızı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR