Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 8-ci görüşü keçirilib
Oktyabrın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin iqtisadiyyat nazirlərinin 8-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı nazir müavini Sahib Məmmədov təmsil edib.
Görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanlarına dair müzakirə aparılıb.
S.Məmmədov Azərbaycanda həyata keçirilən islahatlar, ölkə iqtisadiyyatı, üzv ölkələrlə iqtisadi sahədə həyata keçirilən layihələr, qarşılıqlı investisiya qoyuluşları və ticarət əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Şuraya üzv olan dövlətlər arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb, görüşdə aparılan müzakirələrin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət