Slimfit
  1. MƏDƏNİYYƏT

Türk rəssamın əsəri Avstriyada hərracda rekord qiymətə satılıb

Türk rəssamın əsəri Avstriyada hərracda rekord qiymətə satılıb
Sakura

Türk rəssamın əsəri Avstriyada hərracda rekord qiymətə satılıb

Türk rəssamın əsəri Avstriyanın Dorotheum hərrac evində ən yüksək məbləğdə satılıb.

AZƏRTAC xəbər verir ki, Osmanlı imperiyası dövründə yaşamış rəssam Osman Həmdi bəyin (1842-1910) fırçasının məhsulu olan “İstanbul xanım əfəndisi” əsəri hərracda 1,77 milyon avroya satılıb.

Müasir Türkiyə rəssamlığının banilərindən olan O. Həmdi bəyin əsəri bununla da Avstriyada hərracda satılan ən yüksək məbləğli əsər olub. Açıq hərracda təklif olunan əsər hərracdan öncə ekspertlər tərəfindən 1,5-1,8 milyon avro dəyərində qiymətləndirilirdi.

XIX əsr rəngkarlığında özünəməxsus yerə malik Osman Həmdi bəyin bu əsəri Osmanlı incəsənətində insanın tam ölçüdə əks olunduğu ilk tablolardan biri kimi də diqqəti cəlb edir.

Qeyd edilməlidir ki, müəllifin “Yaşıl Camidə Quran dərsi” tablosu bu yaxınlarda Londonda açıq hərracda 4 milyon 640 min funtsterlinqə satılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR