Dərc edildi: Baxış sayı: 591
Türk ordusuna dəstək olan "Traktor"un oyunçusu futboldan uzaqlaşdırıldı
İran Futbol Federasiyası Türkiyənin Suriyadakı "Barış pınarı" hərəkatına dəstək nümayiş etdirən "Traktor"un futbolçusu Mehdi Bebrini futboldan uzaqlaşdırıb.
Bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bebrinin idmandan kənar davranışları səbəbindən müvəqqəti futboldan uzaqlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Təbriz klubunun oyunçusu sosial media hesabından Türkiyə əsgərinin və bayrağının şəklini paylaşmışdı. O, bu hərəkətinə görə tənqidlərə məruz qaldıqdan sonra paylaşımını silib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət