Türk ordusu PKK liderlərini qorxuya saldı: Qaçdılar...
Türkiyə Silahlı Qüvvələrinin və Milli İstehbarat Təşkilatının son dövrlərdə PKK-ya qarşı apardığı uğurlu əməliyyatlar terrorçuların liderlərini qorxuya salıb.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri məlumat yayıb.
Bildirilir ki, PKK liderlərindən sayılan Murad Qarailan, Cəmil Bayıq, Mustafa Qarasu, Duran Qalxan və Səbri Ok Türkiyə ordusunun hədəfinə çevrilməmək üçün mütəmadi olaraq yer dəyişdirirlər.
Ölümdən qorxan “liderlər” sığınacaqlardan qaçıb İraq, Suriya və İran ərazilərindəki dağ mağaralarında gizlənirlər.
Hətta onların bir-biri ilə əlaqə saxlamaqdan ötrü telefonlardan deyil, kuryerlərdən istifadə etdiyi deyilir.
Qeyd edək ki, son 3 ildə Türkiyə ordusu tərəfindən 242-si rütbəli olmaqla, 16 mindən artıq terrorçu məhv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət