Türk ölkələrinin liderləri Türküstanda toplanır?
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti Zirvə Görüşünün bu ilin payızında Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır.
Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Askar Mamin bildirib.
Qeyd edib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və dövlət başçısı Qasım-Jomart Tokayev Türküstan şəhərinin inkişafına xüsusi diqqət yetirirlər. Bu ilin payızında burada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün lazımi obyektlərin tikintisinin vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək lazımdır.
2019-cu il oktyabrın 15-də TDƏŞ-ə üzv ölkələrin başçılarının Bakıda keçirilən VII Zirvə Görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev növbəti görüşün Türküstanda keçirilməsi təklifini irəli sürüb. Həmçinin o, “Türk Görüşü – 2040” proqramının hazırlanmasını, gələcəkdə Türk Şurasının beynəlxalq təşkilat səviyyəsinə qaldırılması üçün onun adının yenidən nəzərdən keçirilməsini təklif edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət