Dərc edildi: Baxış sayı: 542
Türk lirəsi "çökdü", rubl isə...
Türkiyədə lirənin məzənnəsi yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar olaraq yaranan məlum proseslər səbəbindən aşağı düşməkdə davam edir.
Axar.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son məlumata əsasən, 1 dollar 6.9 lirə olub.
Yanvarın son günlərində 1 dollar 5.98 lirəyə, aprelin 1-də isə 6.63 lirəyə dəyişdirilib.
Şimal qonşumuz Rusiyada isə rubl bahalaşıb. Belə ki, ötən gün neftin ucuzlaşmasına rəğmən dollar 74,29 rubla, avro isə 80,53 rubla düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət