Dərc edildi: Baxış sayı: 390
Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib
Belçikada keçirilən bələdiyyə seçkilərində Türkiyə əsilli 100-dən çox namizəd iştirak edib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlardan 27-si yerli məclislərə üzv seçiliblər.
Əmir Kır isə yenidən Brüsselin Sent-Josse bələdiyyəsinin sədri seçilib.
Bu rayonda biri sədr olmaqla 8 türk bələdiyyə üzvü olmaq hüququ qazanıb. Sosialistlər Partiyasından namizəd olmuş Şevket Temiz isə Brüssel şəhər bələdiyyəsinə üzv seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət