Slimfit
  1. AZƏRBAYCAN

Tural Gəncəliyev: "Təəssüf ki, erməni icmasından bizim çağırışlara reaksiya gəlmir”

Tural Gəncəliyev: "Təəssüf ki, erməni icmasından bizim çağırışlara reaksiya gəlmir”
Sakura

Tural Gəncəliyev: "Təəssüf ki, erməni icmasından bizim çağırışlara reaksiya gəlmir”

“Biz vasitəçilərlə Dağlıq Qarabağdakı erməni icmasına sülh şəraitində birgə yaşaya biləcəyimizə dair çağırış etmişik və əminik ki, erməni icmasının bizim çağırışlardan və müraciətlərdən xəbərləri var”.

Bu sözləri ONA-ya açıqlamasında “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib. O bildirib ki, müraciətlər beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri vasitəsilə çatdırılıb: “Beynəlxalq təşkilatların nümayəndələri də bizə bildiriblər ki, erməni icması bizim icmanın fəaliyyətindən xəbərdardır. Təəssüf ki, hansısa bir reaksiya gəlmir”.

Tural Gəncəliyev bildirib ki, müraciətlər həm yazılı şəkildə olub, həm də şifahi şəkildə vasitəçilərə bildirilib: “Bilavasitə erməni icmasına məktub və ya hər hansı rəsmi müraciət ünvanlamamışıq. Çünki bu, fiziki cəhətdən mümkün deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR