Dərc edildi: Baxış sayı: 639
Tunisdə dövlət qurumlarında niqab geyinilməsi qadağan edilib
Tunis hökuməti təhlükəsizliyin təmin olunması ilə əlaqədar rəsmi dövlət qurumlarında niqabın geyinilməsini qadağan edən qərar qəbul edib.
APA-nın "Jakarta Post"-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Tunisin baş naziri qərar imzalayıb.
Qeyd edək ki, niqab və üzü tamamilə gizlədəcək digər geyimlərlə bağlı bənzər qadağalar Fransa, Belçika, Hollandiya, İsveçrə və digər Avropa ölkələrində qəbul edilib, eləcə də Əlcəzayirdə hakimiyyət qadınların işə niqab geyməsini qadağan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət