Slimfit
  1. CƏMİYYƏT

Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb

Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb
Sakura

Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət Nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.

“Faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi  olan “məcburi göstəriş” verilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR