Slimfit
  1. MARAQLI

Tufandağ buzlağını tədqiq etmək üçün ekspediya təşkil edilib

Tufandağ buzlağını tədqiq etmək üçün ekspediya təşkil edilib
Sakura

Tufandağ buzlağını tədqiq etmək üçün ekspediya təşkil edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

 

Modern.az xəbər verir ki, 3755 m yüksəklikdə aparılan tədqiqatlar nəticəsində buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.

Qeyd edək ki, buzlaqlar şirin su ehtiyatı olmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlərdir. İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişilməsində çox tez biruzə verir.

Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq kütləsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və çox halda asılı şəkildə dayanır.

2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bazardüzü, Tufandağ, Şahdağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqi ilə bağlı tədbirlərin görülməsi barədə sərəncam verilib. Bundan sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR