Slimfit
  1. AZƏRBAYCAN

Trump-ın müşaviri: "İlham Əliyevlə İranın regiona təhlükəsini müzakirə etdik"

Trump-ın müşaviri: "İlham Əliyevlə İranın regiona təhlükəsini müzakirə etdik"
Sakura

Azərbaycana səfərə gələn ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri…

Azərbaycana səfərə gələn ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton prezident İlham Əliyevlə İranla bağlı müzakirə aparıb.

"İranın regiona təhlükəsi, terrozimə dəstəyi, nüvə silahlarını işləməsinə dair davranışlardan çəkindirmək cəhdlərini müzkairə etdik", John Bolton çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O, prezident İlham Əliyev və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Qarabağ münaqişəsi, regional məsələlər, terrorizm, insan alveri, narkotiklərlə mübarizə ilə bağlı danışıq apardığını deyib.

John Bolton onu da vurğulayıb ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin beynəlxalq enerji bazarında oynadığı rolu nəzərdən keçiriblər: "Azərbaycanın Avropa bazarında enerji təminatında alternativ rol oynaması ABŞ üçün böyük əhəmiyyət kəsb edir".

"ABŞ insan haqlarına önəm verir, amma…"

John Bolton İlham Əliyevlə söhbətində insan haqları məsələsinə toxunduğunu söylədi, bildirdi ki, ABŞ insan haqları və demokratiya sahəsində "aidiyyəti olan məsələlərə böyük önəm" verir və onun mühümlüyünü anlayır: "Amma prezident Trump BMT-nin Təhlükəsizlik Şurasında bildirdiyi fikri vurğulamaq istərdim, o demişdi ki, biz bölgədə başqa dövlətlərə mühazirə oxumaq niyyətində deyilik".

John Bolton deyib ki, o, ABŞ-ın regiondakı indiyə kimi olan siyasətini dəyişmək yox, mövcud vəziyyətlə yaxından tanış olmaq və öz ölkəsinin regiondakı siyasətini "daha yaxşı anlamaq" üçün burdadır.

"Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim üçün mühümdür"

John Bolton düşünür ki, Qarabağ münaqişəsinin həlli həm Ermənistanda, həm də Azərbaycanda sülhün bərpa olunmasına gətirib çıxarar və bu da beynəlxalq müstəvidə böyük əhəmiyyət kəsb edir. "Bu, (münaqişənin həlli -red.) strateji baxımdan bizim üçün mühümdür".

John Bolton deyib ki, İlham Əliyev ona Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirib: "Sabah Ermənistana gedəcəm və orda da Ermənistan rəsmilərinin fikirlərini öyrənəcəm".

"…tam məlumatım olmadığı üçün müzakirə etmədim"

John Bolton Azadlıq Radiosunun Azərbaycanda 4 ilə yaxındır ki, faəliyyətinin dayandırılması və hesabına həbs qoyulmasını İlham Əliyevlə "bu məsələdən tam xəbəri olmadığı üçün" müzakirə etməyib: "Məsələ barəsində daha çox məlumatım olsaydı mütləq deyərdim, ən azı ona görə ki, həyat yoldaşım Azadlıq Radiosunun əməkdaşı olub".

John Bolton Azərbaycandan əvvəl Moskvada Rusiya prezidenti ilə görüşdüyün və onunla regiona dair fikir mübadiləsi apardığını da əlavə edib.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR