Slimfit
  1. MƏDƏNİYYƏT

Troya Muzeyinin açılışı olub

Troya Muzeyinin açılışı olub
Sakura

Troya Muzeyinin açılışı olub

Türkiyənin Çanaqqala şəhərinin mərkəzi hissəsinə bağlı Tevfikiye kəndində yerləşən, 5 min illik tarixə sahib “Qədim Troya şəhəri”ndə Troya muzeyinin açılışı olub. Muzey 75 milyon liraya başa gəlib. SİA-nın məlumatına görə, hər il 500 mindən çox turistin gəldiyi “Qədim Troya şəhəri”ndə yaradılan muzeyin hazırlanma işlərinə 2014-cü ildən başlanılıb.

Ötən ilin oktyabr ayından etibarən ziyarətçi qəbul edən muzeyin rəsmi açılışı üçün Arxeoloji Muzeydən bura tarixi əsərlərin gətirilməsi işləri tamamlanıb. Muzey 12 min 750 kvadratmetrlik bağlı sahədə yaradılıb. Bura 3 min kvadratmetrlik sərgi salonları da daxildir. Muzeyin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR