Dərc edildi: Baxış sayı: 297
Tripolidə fövqəladə vəziyyət elan edildi
Liviya Milli Birlik Hökuməti paytaxt Tripolinin silahlı toqquşma baş verən ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq edir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının müavini Əhməd Bujina deyib.
"Biz toqquşmaların olduğu ərazilərdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin girişini təmin etmək üçün atəşkəsə çağırırıq", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Tripolidə "ər-Rada" qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər başlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət