Slimfit
  1. DÜNYA

Trampla Baydenin taleyi Zelenskidən asılıdır

Trampla Baydenin taleyi Zelenskidən asılıdır
Sakura

Trampla Baydenin taleyi Zelenskidən asılıdır

Ukrayna prezidenti Vladimir Zelenski çətin durumdadır. Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp ona zəng etmişdi. Trampa müxalif olan Amerika nəşrlərinin yazdığına görə, guya o, Zelenskiyə təzyiq edib ki, rəsmi Kiyev ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden haqqında bütün sirləri açsın. Tramp nəyi nəzərdə tutur?

Politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

Politoloq hesab edir ki, hər bir halda haqqında danışılan olaylara dəxli olmayan Ukraynanın hazırki prezidenti Vladimir Zelenski ağır duruma sürüklənib:

“Barak Obama prezident olanda Ukrayna ilə məşğul olmağı vitse-prezident Cozef Baydenə həvalə etmişdi. Bayden dəfələrlə Ukraynaya gedərək, keçmiş prezident Pyotr Poroşenko ilə müzakirələr aparmışdı. Müzakirələrin birində Bayden Poroşenkoya şərt qoymuşdu ki, Ukrayna prokurorunu dəyişdirməsələr ABŞ-ın vəd etdiyi 1 milyard dolları ala bilməyəcəklər. Belə bir söhbətin olduğunu Bayden özü müsahibələrinin birində də etiraf edib. Bu faktiki Ukraynanın daxili işlərinə qarışmaqdır. Poroşenko bir müddət müqavimət göstərsə də, sonda Baydenin şərtini qəbul etdi”.

Politoloq Baydenin Ukrayna prokurorunu dəyişmək istəməsinin səbəblərinə də aydınlıq gətirib:

“Cozef Baydenin biznesmen oğlu Ukraynada ABŞ-ın maliyələşdirdiyi layihələri icra edirmiş. Ukraynanın keçmiş prokuroru isə bu layihələrdə korrupsiya elementlərini üzə çıxarıb. Ata Bayden də bunun onun siyasi kariyerası üçün təhlükəli olduğunu anlayaraq, cinayət işini başlamadan qapatmağa çalışıb və bu işdə ona Ukraynanın keçmiş prezidenti kömək edib. Ukraynada hakimiyyət dəyişikliyindən sonra Donald Tramp ukraynalı həmkarına zəng edərək deyib ki, Bayden ailəsi ilə bağlı korrupsiya işinə yenidən baxılsın”.

E. Şahinoğlu qeyd edib ki, Cozef Bayden gələcək prezident seçkisində Demokratlar Partiyasından Trampa rəqib olmaq istəyir:

“Tramp da indidən Ukraynadakı korrupsiya qalmaqalından Baydenə qarşı istifadə etmək istəyir. Həm Bayden, həm də Demokratlar Partiyası isə bunun ABŞ qanunlarına zidd olduğunu bəyan edir və Donald Trampa qarşı impiçment proseduruna başladılmasını zəruri sayırlar. Tramp rəqiblərinin iddilarını əsasız hesab edir. Buna baxmayaraq, o, Ukraynaya yardımı kəsmək qərarı verib. Demokratlar şübhələnirlər ki, bu yolla Tramp Zelenskini şantaj edir. Tramp Ukraynaya yardım ayrımasını dayandırmasını başqa məntiqlə izah edib. Ağ Ev sahibi deyib ki, niyə Ukraynaya yalnız ABŞ pul ayırmalıdır, Ukraynaya daha yaxın olan Avropa dövlətləri niyə əllərini ciblərinə salmırlar?”.

E. Şahinoğlu bildirib ki, Tramp neçə impiçment təhlükəsini adlayıb, böyük ehtimalla bunu da adlayacaq:

“Ancaq bu qalmaqalda əsas sual başqadır: Bayden və onun tərəfdarları düşüblər Trampın üstünə ki, niyə Demokratların prezidentliyə gələcək namizədinin nüfuzuna zərbə vurmaq məqsədilə, Ukrayna prezidentinə təzyiq etmisən? Ancaq bu sualdan da vacib suallar Baydenə verilməlidir: Niyə ABŞ-ın pullarını Ukraynada idarə etməyi və bununla qazanc əldə etməyi oğluna tapşırmısan? Niyə Ukraynanın keçmiş prezidentinə təzyiq etmisən ki, bu ölkənin prokuroru dəyişdirilsin, əks halda Poroşenkonu “pul vermərik ha” yanaşmasıyla təhdid etmisən?

Hər bir halda haqqında danışılan olaylara dəxli olmayan Ukraynanın hazırki prezidenti Vladimir Zelenski ağır duruma sürüklənib. O, hazırda ABŞ-dadır, BMT Baş Assambelyasının işinə qatılıb, Donald Trampla da görüşü nəzərdə tutulur. Ona həm Ağ Evdən, həm də Trampın rəqibləri Demokratlar Partiyasından təzyiq var. Zelenski desə ki, Tramp telefonda ona təzyiq edib, Ağ Ev sahibinin işini çətinləşdirəcək, Demokratlar Partiyasının əlinə güclü arqument verəcək. Zelenski əksinə Trampın istədiyi kimi Baydenin oğluna qarşı cinayət işinin detallarını açıqlasa, onda da Demokratların namizədinin mövqelərini zəiflədərək Ağ Ev sahibinin əlinə oynayacaq. Çətin seçimdir. Hardan baxsaq, Zelenski istəmədən Amerikadaxili mübarizənin əsas oyunçusuna çevrilib. Rusiyalı juarnalistlərdən birinin “Tramp telefonda Baydenin işi ilə bağlı sizə təzyiq edibmı” sualına Zelenskinin cavabı qısa olub: “Ukrayna prezidentinə heç kim təzyiq edə bilməz”.

 

Mənbə: redaktor.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR